“Azerfon”dan “Azercell”ə qarşı 8 milyon manatlıq iddia!
25 avqust 2009 13:00 (UTC +04:00)

“Azerfon”dan “Azercell”ə qarşı 8 milyon manatlıq iddia!

İki şirkət arasında məhkəmə çəkişməsi başlayıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı iddiasına baxılıb. Lent.az-ın məlumatına görə, “Azerfon” MMC 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək “dəymiş zərəri” əsas gətirib. Şirkət qarşı tərəfdən 7 708 240 manat vəsait və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edib. Birinci instansiya məhkəməsində işə tam baxılmayıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmədə heç bir qərar qəbul olunmayıb, proses təxirə salınıb.

Lent.az məsələ ilə bağlı “Azercell Telekom” MMC və “Azerfon” MMC-yə sorğu göndərib. Lakin şirkətlərdən heç biri sorğu ilə bağlı şərh verməyib.

Xatırladaq ki, bu il iyulun 21-də “Azercell Telekom” MMC açıqlama yayaraq “Azerfon” MMC-nin onlara 11 000 000 manata yaxın məbləğdə arabağlantı borcu yarandığını elan etmişdi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar