Rəhim Qazıyev Neftçalada yenidən təzyiqlə üzləşib
“Son üç gündə kəndə hücum ediblər”
Neftçalanın Abbasalı kəndində sabiq müdafiə naziri Rəhim Qazıyevlə birgə iş qurmaq istəyən şəxslər növbəti problemlərlə üzləşiblər. Bu barədə Lent.az-a R.Qazıyev özü məlumat verib. O, son hadisələrin üç gün müddətində baş verdiyini deyib: “Son üç gündə Abbasalı kəndinə hücuma keçiblər. Abbasalı kəndinin İlqar adlı sahə müvəkkili, kənd bələdiyyəsinin Gündüz adlı katibi qapı-qapı düşüblər. Traktorları təmir edən Ərzuman Məlikovun – hansı ki, onun həyətində iş görürük – atasının evinə gediblər, deyiblər ki, oğlun Rəhim Qazıyevə yaxın durmasın, yoxsa başı ağrıyacaq. Onun işıq sayğacının plombunu qoparıblar, deyiblər protokol yazacağıq ki, sayğaca müdaxilə edilib. Sonra başqa bir adamdan yapışıblar. Ona deyiblər ki, eşitmişik sən çobansan, Rəhim Qazıyevin qoyunlarını saxlayırsaq. Elə bilirlər ki, mənim orada minlərlə qoyunum var. Əslində cəmi 20 baş qoyunum olub, onun da 10-u qırılıb. Kənddə elə təlatüm yaradıblar ki, ağlasığan şey deyil. Bu işlə bağlı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin köməkçisinə, daxili işlər nazirinin müavini Oruc Zalovun köməkçisinə və nazirliyin mətbuat xidmətinin işçisi Ehsan Zahidova zəng vurmuşam. Onların hamısı məni dinləyiblər, ancaq nəticə yoxdur. Ehsan Zahidovla danışanda mənə dedi ki, bizlik deyil. Dedim axı “Azadlıq” radiosundan sizə zəng vuranda deyibsiniz ki, belə şey ola bilməz, əgər bilmirsinizsə, niyə “ola bilməz” deyirsiz”.
R.Qazıyev Neftçalada iş qurmaq niyyətində israrlı olduğunu, bu məsələdə geri çəkilməyəcəyini deyib: “Mən hələlik məsələni siyasiləşdirmək, beynəlxalq aləmə çıxarmaq istəmirəm. Axı nə məsələdi, mən neyləmişəm?”
Ərzuman Məlikov Lent.az-a açıqlamasında deyilənləri təsdiqləyib: “Atam və bibim oğlunun sayğaclarındakı plombu qıraraq hər birinə 240 manat cərimə yazıblar. Hələ üstəlik hərəsi bir sayğac da almalıdır”.
Ə.Məlikov son günlərdə şəxsən onun özünə heç bir söz deyilmədiyini, lakin qohumlarına və ətrafındakı şəxslərə qarşı təzyiqlər olduğunu bildirib: “Mən işsiz adamam, burda mənim kimi işsiz çoxdu. Rəhim Qazıyev təxminən iki ildir ki, burada iş qurub, işləyib birtəhər dolanırıq. Ancaq son 10 gündə problem yaradılıb”.
Adı “Rəhim Qazıyevlə əməkdaşlıq edənlərə təzyiq göstərən” kimi çəkilən şəxslərdən biri – Neftçala rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin Yunus adlı işçisi isə deyilənləri təkzib edib: “Mən özüm həmin kənddə oluram, burda hər şey əladı”.
Abbasalı kəndinin İlqar adlı sahə müvəkkilinə məxsus olduğu deyilən mobil telefona cavab verən şəxs isə daha orijinal cavab verib: “Mən İlqarı tanımıram”.
Pərvin ABBASOV

830