74 yaşlı kişi əncir ağacından yıxılıb öldü
Gəncədə 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Gəncə şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhəri, İbrahim Həmzəyev küçəsi, ev-20 ünvanda yaşayan 1935-ci il təvəllüdlü ermənistanlı qaçqın Şəmistan Əraslan oğlu Əmrahov 19 avqust 2009-cu ildə həyətlərindəki əncir ağacından yıxılaraq ağır kəllə-beyin travması diaqnozu ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Dünən saat 11.20 radələrində Ş.Əmrahov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
454