“Quran” kursunda oğlan uşağına təcavüz
İstanbulun mərkəzində şok olay baş verib
İstanbulda Peyami Safa küçəsində Seyfəddin K.ya aid binanın alt mərtəbəsində fəaliyyət göstərən, rəsmi qeydiyyatdan keçməmiş “Quran” kursunda müəllimlik edən 17 yaşlı gənc kursa gələn 4 yaşlı oğlan uşağına təcavüz edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, kursda binanın sahibi Seyfəddin K. və həmin 17 yaşlı, “Rəbbani” ləqəbli Y.Y. dərs deyiblər.
Bu il aprelin 6-da anası 4 yaşlı R.Ç-ni hər gün olduğu kimi, saat 9:00-da ora gətirir. Uşaqların hamısının dərs keçdiyi otaqda “Quran” oxunan zaman “Rəbbani” 4 yaşlı R.Ç.-ni dərsi yaxşı oxumayan, dəcəllik edən uşaqların saxlanılması üçün nəzərdə tutulan digər otağa aparır. Təcavüz də həmin otaqda olur.
Elə bu zaman anası R.Ç.ni evə aparmağa gəlib və uşağın “Rabbani” ilə otaqdan çıxdığını görüb. Anası uşaqdan orada nə etdiklərini soruşub. Uşaq da hər şeyi danışıb. Psixoloqun müşayəti ilə polis R.Ç-nin ifadəsini alıb. Laboratoriya analizləri də təcavüzü təsdiqləyib.
“Rəbbani” həbs olunub. Prokurorlar məhkəmənin bu manyaka 22 il iş verməsini istəyirlər.
Hazırda məhkəmə prosesi davam edir.

424