“Pir Həsən” ziyarətgahı məhkəmə qarşısında
Mərdəkan bələdiyyəsi məşhur ocağı məhkəməyə verib
Bakı Apelyasiya Məhkəməsində “Pir Həsən” ziyarətgahının 2 saylı Bakı Yerli
İqtisad Məhkəməsinin qərardadından verdiyi apelyasiya şikayətinə baxılacaq. Lent.az-ın məlumatına görə, Mərdəkan bələdiyyəsi ziyarətgahın həyətindəki tikilinin sökülməsi, həmin tikili üçün verilmiş sərəncamın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılmasını istəyir.
Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti ilə mütəxəssis rəyi təyin edilib. Ziyarətgahın hüquqi nümayəndəsi rəydən narazı qalaraq apelyasiya şikayəti verib.
Qeyd edək ki, “Çildağ” kimi də tanınan ziyarətgah XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var.
Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var.
Əzizbəyov rayon Mərdəkan qəsəbəsi “Pir Həsən” ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb.
Pərvin ABBASOV

936