Aktyor Rasim Balayevin qardaşı yol qəzasında öldü
19 avqust 2009 13:00 (UTC +04:00)

Aktyor Rasim Balayevin qardaşı yol qəzasında öldü

Avqustun 19-na keçən gecə Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, Heydər Əliyev küçəsində “Opel” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Nəticədə iki nəfər - Ağsu sakini, 27 yaşlı Bəxtiyar Ozanoğlu və Bakı şəhər sakini, 43 yaşlı İlqar Balayev həlak olublar. Maşının sürücüsü 27 yaşlı Zaur Hacıyev isə yaralanıb. Onların toydan gəldiyi bildirilir.
Meyidlər müayinədən sonra ailələrinə təhvil verilib. Faktla bağlı Ağsu rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, İlqar Balayev aktyor Rasim Balayevin qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303

Oxşar yazılar