Qüdrət Həsənquliyev: “Onların cəzalarını Allah verəcək”
“Yazılanlar Əli Kərimlinin hansı əxlaqın daşıyıcısı olduğunun daha bir bariz nümunəsidir”
“Əbülfəz Elçibəy Bakını tərk etdikdən sonra Nadir polisdəki işini buraxıb, onu müdafiə etmək üçün Bakıya gəldi. Əli Kərimlinin atası, o, Naxçıvandan Bakıya qayıtdıqdan sonra Nadirin boynunu qucaqlayaraq ağladı və dedi ki, «Əlinin doğma qardaşları onu tək qoydular, ancaq siz onu tək buraxmadınız». O zaman Sürət Hüseynov Əlini cəzalandırmaqla hədələyirdi. İndi Əlinin «azadlığında» vicdanını pula satmış vəkilin dili ilə Nadirin qatillərinə haqq qazandırılır və onların məsuliyyətdən yaxa qurtarmaları üçün ictimai rəy formalaşdırılır”.
APA-nın xəbərinə görə, bunu BAXCP mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Qeyd edək ki, “Azadlıq” qəzeti Q. Həsənquliyevin qardaşı Nadir Həsənquliyevi qətlə yetirən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən birinin «avtobusun 1 detalına görə 11 il həbs cəzası»na məhkum edildiyini iddia edib.
Q. Həsənquliyev bildirib ki, Nadirin qatillərinin məhkəmə prosesi o zaman ölkə mətbuatında geniş işıqlandırılıb və bütün respublika ictimaiyyəti bilir ki, Kamal İmanovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə tərəfindən Nadirin qətli öncədən planlaşdırılıb və dəstənin üzvlərindən biri olan Həşim Babayev Nadiri onun qohumuna borclu olduqları pulu qaytaracaqları vədi ilə aldadaraq cinayətin həyata keçirildiyi yerə, «Avtodoktor» müəssisəsinə çağırıb: “Əgər qanun bütün sərtliyi ilə tətbiq olunsaydı, o zaman 7 il istintaqdan dayısı Ramiz Babayev tərəfindən gizlədilmiş Həşim Babayevə dələduzluğa görə yox, məhz mütəşəkkil cinayətkar dəstə tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə görə cəza verilməli idi”.
Q. Həsənquliyev qəzetdə yazılanlara görə, AXCP sədri Əli Kərimlini ittiham edib: “Yazılanlar Əli Kərimlinin hansı əxlaqın daşıyıcısı olduğunun daha bir bariz nümunəsidir. Sonda Qüdrət Həsənquliyev qeyd edib ki, üç azyaşlı uşaq atası olan 33 yaşlı bir gənci, yalnız öz haqqını tələb etdiyinə görə qətlə yetirmiş qatillərə yardım etmək istəyənlərin cəzasını Allah verəcək”.

1252