Lənkəran sakini həyat yoldaşını, baldızını və qaynını bıçaqladı
Azərbaycanın Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Mirqasım Kazımovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Sərxoş vəziyyətdə olan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Elçin Əkbər oğlu Rüstəmov ailə münaqişəsi zəminində qaynı, 1966-cı il təvəllüdlü Əliqadir Əlimuxtar oğlu Məmmədova, baldızı, 1953-cü il təvəllüdlü Fəridə Əlimuxtar qızı Dadaşovaya və həyat yoldaşı 1966-cı il təvəllüdlü Mehparə Əlimuxtar qızı Rüstəmovaya əlindəki 1 metrlik armaturla və bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib.
Xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Əvvəllər də məhkum olunmuş Elçin Rüstəmov polis tərəfindən saxlanılıb. Onun barəsində Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

780