ARDNŞ-in qarşısında şübhəli avtomobil
Naməlum şəxs şirkətin binası qarşısında saxladığı maşında partlayıcı maddə olduğunu deyib
Avqustun 13-də saat 05.00 radələrində Səbail rayonunun Neftçilər prospektində naməlum şəxs "Mercedes" markalı avtomaşını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) inzibati binasının qarşısında saxlayıb və taksiyə minərək gedib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, şirkətin mühafizəçisi avtomaşının arxa şüşəsinə yapışdırılmış mobil telefon nömrəsinə zəng edərək, avtomaşının oradan götürülməsini tələb edib. Cavabında həmin şəxs avtomaşının ona məxsus olmamasını bildirib, lakin 10 dəqiqədən sonra göstərilən telefondan mühafizəçiyə zəng vuraraq avtomaşına bomba qoyduğunu və onun partlayacağını deyib.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb, zəng edib yalan məlumat vermiş şəxs Bakı şəhər sakini, 43 yaşlı Elxan Səmədov tutulub. Avtomaşın müvəqqəti duracağa qoyulub. Maşının salonuna baxış zamanı oradan narkotik vasitəyə oxşar maddə götürülüb.

522