Hacıqabul sakini eyni vaxtda iki ölkədə həbsdə olub?
13 avqust 2009 19:27 (UTC +04:00)

Hacıqabul sakini eyni vaxtda iki ölkədə həbsdə olub?

Şirvan məhkəməsi sədrinin hərəkətlərindən Məhkəmə Hüquq Şurasına müraciət edilib

Hacıqabul sakini Şirvan məhkəməsinin ədalətsiz qərar çıxaracağını iddia edərək Məhkəmə Hüquq Şurasına müraciət edib. Bu barədə Lent.az-a Hacıqabul rayon sakini Vaqif Kazımov bildirib. Onun bildirdiyinə görə, oğlu Kazımov Raci Hacıqabul sakini Əsədov Sakit Arif oğlunun taksini sərxoş halda idarə etdiyi zaman baş vermiş avtoqəzada dünyasını dəyişib.

Hazırda ittiham olunan Əsədov Sakitin şəxsiyyətini xarakterizə edən halları dəqiqləşdirmək və onun tərəfindən törədilən başqa cinayətlər haqqında vəkil Qurban Məmmədovun qaldırdığı bütün vəsatətlər Şirvan məhkəməsinin sədri Qurban Hacıyev tərəfindən rədd edilir. Vəkilin vəsatətində göstərilir ki, Əsədov Sakitin qardaşı Əsədov Kamil Azərbaycanda 19 aprel 1999-cu ildə mühakimə edilərək 1 il 2 ay 24 gün azadlıqdan məhrumetmə müəssisəsində olduğu zaman, Əsədov Sakit qardaşının adına olan ümummilli pasportu ilə Moskvanın Semyonov məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum edilərək, həbsdə olub. Vəkilin qaldırdığı vəsatətə görə, bir adam eyni vaxtda iki ölkədə həbsdə ola bilməz.

Şirvan məhkəməsinin sədri isə vəsatətdə göstərilənləri dəqiqləşdirmək məqsədi ilə DİN-ə sorğu verilməsini və digər vəsatətləri rədd edir, eyni zamanda zərərçəkmiş tərəfin hakimə ünvanlanan məktubları dəftərxanada qəbul edilmir.

Ona görə də Vaqif Kazımov hakimin hərəkətlərindən Məhkəmə Hüquq Şurasına müraciət edib. Məsələ ilə əlaqədar Şirvan məhkəməsindən suallarımızı cavablandırmaqdan imtina etdilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar