Şüvəlan təcridxanasında ölüm
13 avqust 2009 11:30 (UTC +04:00)

Şüvəlan təcridxanasında ölüm

Təqsirləndirilən şəxsin ürək tutmasından öldüyü ehtimal edilir

Bakıda istintaq təcridxanalarından birində ölüm hadisəsi baş verib.

Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Adıçəkilən təcridxanada saxlanılan, barəsində Sabunçu rayon Məhkəməsinin hökmü ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş Rzayev Vüqar Ağacan oğlu qəflətən ölüb. V. Rzayevin dünyasını dəyişməsinin dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin ehtimala görə isə, onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar