Kür çayı üzərindəki körpü qəzalı vəziyyətə düşüb
Körpünün bir hərəkət zolağında eyni vaxtda hər biri 10 kvadrat metr olmaqla 3 yerdə dəmir-beton piltələr sınıb
Hacıqabul- Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində, Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpü yenidən qəzalı vəziyyətə düşüb. Qeyd edək ki, körpünün bir hərəkət zolağında eyni vaxtda hər biri 10 kvadrat metr olmaqla 3 yerdə dəmir-beton piltələr sınıb (ANS).
Bu körpü 1962-ci ildə istismara verilib və körpünün yük götürmə qabiliyyəti 20 ton üçün nəzərdə tutulub. Lakin son dövrdə ağır tonnajlı maşınların körpüdən intensiv istifadə etməsi tez-tez bura da qəzalı vəziyyətlərin yaranmasına səbəb olur. Təkcə son bir il ərzində 17 qəza hadisə baş verib .
Hazırda Şirvan şəhər 34 saylı yol istismar idarəsinin kollektivi qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur. Yol-istismar idarəsinin baş mühəndisi Xeyrulla Əzizovun dediyinə görə, artıq sınmış dəmir-beton piltələrin hamısı yeniləri ilə əvəz olunub və bu istiqamətdə təmir bərpa işləri davam etdirilir.
Qeyd edək ki, qəzalar körpünün bir zolağında əmələ gəldiyindən, 2-ci zolaq vasitəsi ilə minik avtomobillərinin hərəkəti qismən də olsa təmir olunurdu.
Yol-istismar idarəsinin baş mühəndisi Xeyrulla Əzizovun dediyinə görə, körpüdəki qəzalı vəziyyət tam aradan qaldırılacaq: “Bu körpü nəqliyyat vasitələrinin hər oxuna düşən 7 tona hesablanıb. Hal-hazırda bildiyiniz kimi ağır tonnajlı nəqliyyat vasitələri bu körpünün üzərindən keçir və uzun müddət istismar olunması ilə və ağır nəqliyyat vasitələrinin artması ilə əlaqədar olaraq bunun üzərində olan dəmir-beton piltələr vaxtaşırı sınır”.

753