Soyuducu partladı, turizm bölgəsində aləm qarışdı
10 avqust 2009 11:15 (UTC +04:00)

Soyuducu partladı, turizm bölgəsində aləm qarışdı

Türkiyənin turizm cənnəti Antalyanın Alaniya rayonunda bələdiyyə işçilərinin zibili yığmağa tələsməmələri qorxulu, eyni zamanda komik səhnənin yaşanmasına səbəb olub.

Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən yaydığı məlumata görə, bu gün Alaniya dəniz limanında dənizçilər qayıqlardan və ətrafdan yığdıqları zibilləri bir yerə toplayıblar. Zibilin içərisində bir köhnə soyuducu da olub.

Bələdiyyə işçiləri zibili daşıyıb aparmaqda ləng tərpəniblər və günorta saatlarında günəş şüaları altında möhkəm isinən soyuducu qəfil partlayıb. Partlayışdan sonra zibillik yanmağa başlayıb.

Bu zaman sahildə gəzintiyə çıxan bir çox xarici turist qorxu dolu dəqiqələr yaşayıb və çaşqınlıqda sahildən qaçaraq uzaqlaşıb.

Hadisə yerinə gələn polis zibillikdə başqa partlayıcı maddə olması ehtimalını nəzərə alaraq, yaxınlıqdakı insanları oradan uzaqlaşdırıb və yanğınsöndürən maşınlar zibillikdəki odu söndürüblər. Araşdırma zamanı “səbəbkar” soyuducu aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1516

Oxşar yazılar