Sulutəpədə baş verən kütləvi iğtişaşlarla bağlı 3 nəfər tutuldu
Onlar 3 maddə üzrə təqsirləndirilirlər
Azərbaycan paytaxtında mülkü şəxslərlə, Dövlət Neft Şirkətinin əməkdaşları və polis arasında baş vermiş kütləvi iğtişaşlarla əlaqədar üç nəfər həbs edilib.
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar 100-ə yaxın şəxs istintaqa çağırılaraq dindirilib. Bununla belə, bilavasitə həmin iğtişaşlarda iştirak edən 3 nəfər – Bakı şəhər sakinləri, 1972-ci il təvəllüdlü Qurban Qasım oğlu Xudiyev, 1965-ci il təvəllüdlü Mayis Əmirağa oğlu Muxtarov və 1983-cü il təvəllüdlü Elçin Ənvər oğlu Həsənov saxlanılıb. Onların barəsində məhkəmənin hökmü ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
Binəqədi rayon Polis İdarəsindən həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarından bir neçəsi artıq evə buraxılıb.
Qeyd edək ki, avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, Hökməli kəndi yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər.
Nəticədə ARDNŞ-in işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı xəsarət almış 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 222-ci (tikinti, mədən işlərinin aparılmasında təhlükəsizlik qaydalarını pozma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

782