Yük maşını avtobusla toqquşdu: 1 ölü, 29 yaralı
Ötən gecə Rusiyanın cənub bölgəsində ağır yol qəzası baş verib. Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Krasnodar vilayətində Armavir-Kropotkin yolunda “Reno” markalı ağır yük maşınının ikimərtəbəli avtobusla toqquşması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.
Pyatiqorsk-Anapa marşrutu ilə hərəkət edən avtobusda 66 sərnişin olub. “Cəmi 30 nəfər xəsarət alıb, 1 nəfər – yük maşınının sürücüsü isə ölüb” – rəsmi məlumatda bildirilir.
Yol müfəttişliyinin ilkin məlumatına görə, yük maşınının sürücüsü sükan arxasında yuxulayıbmış.

489