“Morakot” milyonları ev dustağı edib
Sabah “Morakot” qasırğası Çin sahillərinə çatacaq.
Hazırda Sakit okeanda hündürlüyü 6 metr olan dalğaların sabah sahilə çatanda 10 metrə qədər yüksələcəyi proqnozlaşdırılır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Çində qasırğanın daha çox Fucien əyalətində dağıntılar törədəcəyi gözlənilir. Bu əyalətdən 21 mindən çox insan köçürülüb. Dəniz sahillərində üzən 34 min balıqçı qayığı geri çağırılıb.
Hazırda Fucien əyalətindən 540 kilometr uzaqlıqda olan qasırğa saat 144 kilometr sürətlə irəliləyir. Əyalətin hakimiyyət orqanları əhaliyə xəbərdarlıq xarakterli 8,4 milyon SMS göndərib.
Qeyd edək ki, artıq “Morakot” qasırğası Tayvanı vurub. Qasırğa səbəbindən məktəblər və iş yerləri bağlanıb. Sürəti saatda 144 kilometrə çatan şiddətli külək və yağış gətirən tayfun kommunikasiya əlaqələrini iflic vəziyyətə salıb. Təyyarə səfərləri, dəmiryol reysləri ləğv olunub. Milyonlarla insan evlərində dustaqdır.

587