Sulutəpədə toqquşma, 20 polis və ARDNŞ əməkdaşı yaralandı
06 avqust 2009 17:00 (UTC +04:00)

Sulutəpədə toqquşma, 20 polis və ARDNŞ əməkdaşı yaralandı

Evləri sökülən sakinlər polislərə və Neft Şirkətinin əməkdaşlarına hücum ediblər

Avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək, daş və digər əşyalarla onlara xəsarət yetiriblər.


Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib.


Faktla əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının CM-nin 222, 188 və 315-ci maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar