Gəncədə qarətçi dəstə yaxalanıb
Avqustun 5-də Gəncədə firmanı qarət edən şəxslər yaxalanıb. Oğrular firmanın anbarının qıfılını sındırmaqla, oradan 5600 manat pul və mobil telefon üçün kontur kartları götürüb. Kəpəz rayon Polis şöbəsindən Lent.az-ın Gəncəbasar mübirinə verilən məlumata görə, Gəncə polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə təqsirli bilinən Gəncə sakini Həsənov Namiq Ələddin oğlu və Mingəçevir sakini, əvvəllər məhkum olunmuş Müsayev Məhəmməd Ələkbər oğlu saxlanılıblar.
Saxlanılan şəxslərin daha bir oğurluq hadisəsi törətdiyi aşkarlanıb. Onlar Yusibov Seymur İsmayıl oğlu və Müqəddimi Kənan Əziz oğlu ilə birgə iyulun 25-də Gəncədəki daha bir firmada oğurluq törədib. Əməliyyat tədbirləri ilə Yusibov Seymur İsmayıl oğlu tutulub. Müqəddimi Kənan Əziz oğlu isə Bakıda saxlanılıb. Onun evində 4 ədəd maska, rezin əlcəklər və digər əşyalar tapılıb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vüsalə Cənnətova

483