Prokurorluq Telman İsmayılovun restoranında axtarışa başlayıb
“Praqa” restoranına giriş-çıxış vəhdudlaşdırılıb
Rusiya Prokurorluğunun əməkdaşları Moskvadakı “Praqa” restoranında axtarışa başlayıblar. Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, istintaq hərəkətləri ilə əlaqədar olaraq, restorana giriş-çıxış məhdudlaşdırılıb.
Müstəntiqlər jurnalistlərə bildiriblər ki, “Praqa”da istintaq hərəkətləri aparılır və bir qədər sonra rəsmi məlumat yayılacaq. Qeyri-rəsmi məlumatlara görə, axtarış Çerkizov bazarındakı qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi ilə əlaqədardır.
Qeyd edək ki, bir qədər əvvəl fəaliyyəti dayandırılmış Çerkizov bazarı və həmçinin “Praqa” restoranı azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxildir.
“Rosbalt” agentliyi axtarış hərəkətlərində Rusiya DİN iqtisadi cinayətkarlıqla mübarizə idarəsi əməkdaşlarının da iştirak etdiyini bildirib.

465