Füzuli rayonunda öldürülən əsgərin qatili tutuldu
06 avqust 2009 13:15 (UTC +04:00)

Füzuli rayonunda öldürülən əsgərin qatili tutuldu

Azərbaycan Ordusunun əsgəri, ötən gün əsgər yoldaşı tərəfindən qətlə yetirilən Həsənov Səyyaf Ələddin oğlu doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində bu gün dəfn edilib.

Kənd sakinlərinin Lent-az-a verdiyi məlumata görə, dəfn mərasimində mərhumun komandiri mayor Etibar Səfərov, rayonun hərbi komissar əvəzi Elçin Hacıyev, S.Həsənovun xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. Tabor komandiri mərhumun valideynlərinə bildirib ki, S.Həsənovu qətlə yetirən əsgər dərhal həbs edilib və hazırda hərbi prokurorluq araşdırma aparır. O, qısa müddətdə qətlin səbəblərinin müəyyənləşəcəyini qeyd edib, hadisənin mübahisə zəminində baş verdiyini ehtimal etdiyini deyib.

Qeyd edək ki, avqustun 5-də səhər saatlarında Füzuli rayonunun Alxanlı kəndində xidmət edən S.Həsənov postda olarkən əsgər yoldaşı tərəfindən avtomat silahla başından vurulub. S. Həsənov yerindəcə dünyasını dəyişib. Onu qətlə yetirən əsgərin adı hələlik açıqlanmır.

1990-cı il təvəllüdlü S.Həsənov 2008-ci ilin iyununda Goranboy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar