“Türkiyə “Cənub axını”nın öz ərazisindən keçməsinə razı olacaq”
05 avqust 2009 12:00 (UTC +04:00)

“Türkiyə “Cənub axını”nın öz ərazisindən keçməsinə razı olacaq”

Rusiya rəsmisi əminliklə danışdı
Türkiyə “Cənub axını”qaz kəmərinin öz ərazi sularından keçməsinə razılıq verəcək. Lent.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Nazirlər Kabineti aparatının rəis müavini Yuri Uşakov bildirib.
Hesab olunur ki, “Cənub axını” layihəsi Rusiyanın ərzisindən Avropaya yanacaq nəql olunan ölkələrdən, xüsuslə də Ukrayna və Türkiyədən asılılığını azaldacaq. Kəmərin Rusiya qazını birbaşa Bolqarıstana, oradan isə Cənub-Şərqi və Mərkəzi Avropaya çatdıracağı nəzərdə tutulur.
Türkiyənin razılığı Rusiyanın baş naziri Vladimir Putinin bu ölkəyə səfərindən düz bir ay əvvəl verilib. Uşakovun sözlərinə görə, səfər zamanı neft-qaz və atom enerjisi sahəsinə dair bir sıra razılaşmaların imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar