Moskvada azərbaycanlı sahibkar öldürülüb
Moskvanın şərqində Azərbaycandan gəlmiş İlham adlı 43 yaşlı sahibkar öldürülüb.
Lent.az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, sahibkarın cəsədini dünən səhər həyətdəki ağaclıqda, qarajın yaxınlığında bina gözətçisi görüb.
Milis azərbaycanlı sahibkara 10 bıçaq zərbəsi vurulduğunu müəyyənləşdirib.
İlhamın qohumları milisə mərhumun Azərbaycandan Moskvadakı kafelərə qazlı su gətirilməsi ilə məşğul olduğunu bildiriblər. Həmin gün səhər də o, qatarla gətirilən malın yeni partiyasını qarşılamalı imiş, ancaq vağzala gəlməyib.
İlhamı öldürənləri binadakı videokamera qeydə alıb. Cinayətkarlar 4 nəfər olub. Onlar avtovağzala gedən sahibkarı həyətdə qarşılayaraq, döyüb, sonra da maşınla yaxınlıqdakı qaraja aparıblar. Sonradan cinayətkarlardan ikisi İlhamın binadakı mənzilinə qalxıblar və az sonra oradan iki böyük idman çantası ilə çıxıblar.
Ancaq mərhumun yaxınları videokameradakı görüntüdəki cinayətkarları tanımayıblar.

646