“GEN” MMC-nin məhkəməsində qalmaqal
Prosesdə zərərçəkənlər etiraz əlaməti olaraq məhkəmə zalından çıxıblar
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC tikinti şirkətinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər. Şirkətdən zərərçəkənlərin hüquqlarının müdafiəçisi Vidadi İskəndərov vəsatət qaldıraraq zərərçəkənlərdən Cəmilə Həsənovanın özünə qəsd etməsi ilə bağlı əlavə olaraq cinayət işinin açılmasını və intiharın səbəblərinin obyektiv araşdırılmasını məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra hakim E.Vəliyev zərərçəkənlərin vəkili V.İskəndərovdan prosesdə gedən danışıqları lentə almasına qadağa qoyub. Buna etiraz edən 20-dən çox zərərçəkən prosesi izləməkdən imtina edərək məhkəmə zalından çıxıblar. Onlar V.İskəndərovun qaldırdığı vəsatətin təmin edilməyəcəyi və prosesdə səslənən danışıqların lentə alınmasına icazə verilməyəcəyi təqdirdə növbəti proseslərə qatılmayacaqlarını bəyan ediblər. Proses davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.
Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.

481