“Meşə qardaşları” məhkəmədə ifadə veriblər
“Qusarda Süleymanın əlində silah gördüm…”
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Zabit Şıxbabayev və Fariz Məmmədov ifadə verib. Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olduğunu deyən Z. Şıxbabayev ittihamda ona qarşı irəli sürülən, 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddə ilə özünü təqsirli bilmədiyini, 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) maddəsi ilə isə özünü qismən günahkar hesab etdiyini söyləyib. Z. Şıxbabayev imkansız dindarlara yardım göstərilməsi üçün xeyriyyə cəmiyyəti yaratdıqlarını da deyib. Prosesdə ifadə verən təqsirləndirilən Fariz Məmmədov isə ittihamla razılaşmadığını və cinayət işi ilə bağlı özünü təqsirli saymadığını deyib. F. Məmmədov bildirib ki, əvvəllər tanıdığı Azər adlı şəxslə birgə ticarətlə məşğul olub: “Mağazalara şirniyyat paylayırdım. Ancaq maşınım olmadığından bu işi yüksək səviyyədə həyata keçirə bilmirdim. Həmin Azərlə də bu barədə bu barədə söhbətimiz olmuşdu. Bir gün Azər bir nəfərdən pul əldə etdiyini və maşın alaraq, birgə fəaliyyət göstərməyin mümkünlüyünü mənə dedi. Ötən ilin avqustunda Azər mənə dedi ki, maşınla “Qarabağ” mehmanxanasının yanına get və orada iki nəfərlə birgə Azərbaycana gələn qonağımızı Qusarda qarşılayın. Maşın onun olduğundan Azərin sözündən çıxmadım və Qusara getdik”. F. Məmmədov Qusarda tanımadığı evdə Bakıya gətirmək üçün qarşıladıqları Süleyman adlı şəxsin üzərində silah gördüyünü də bildirib: “Orada bizimlə birgə Elnur Bəşirov və Zabit Şıxbabayev var idi. Mən qorxumdan bu barədə heç kimə məlumat verə bilmədim. Sonradan İlqar Mollaçıyevi, Samir Mehdiyevi, bir qadın və bir oğlanı Bakıya gətirəndə Saray qəsəbəsində maşında nasazlıq oldu. Sonra kiminləsə telefonla danışdılar. Onların arxasınca “QazEl” markalı maşın gəldi. Bundan sonra onları görməmişəm”. F. Məmmədov da ona qarşı irəli sürülən 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri qəbul etmədiyini söyləyib. Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.

944