AXCP sədr müavini ikinci oğlunu itirdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun oğlu müəmmalı şəkildə dünyasını dəyişib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Rəşad Kərimovun meyiti ötən gecə Neftçilər prospektində 145 ünvanında aşkar edilib. Onun ölümünün səbəbləri isə məlum deyil. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.
Həsən Kərimov APA-ya açıqlamasında oğlunun öldüyünü təsdiqləyib: “Rəşad ötən gecə huşsuz vəziyyətdə Neftçilər prospektində tapılıb. Onu xəstəxanaya aparsalar da, xilas etmək mümkün olmayıb”.
Oğlunun ölümünün səbəbləri barədə hələlik heç bir şey deyə bilməyəcəyini vurğulayan H. Kərimov Rəşadın meyitinin üzərində heç bir zorakılıq əlamətlərinin aşkarlanmadığını deyib.
Qeyd edək ki, təxminən bir ay əvvəl H. Kərimovun böyük oğlu dünyasını dəyişib.

1056