Qubada oğul anasını qətlə yetirdi
22 yaşlı Kamran Əliyev anasına 17 bıçaq zərbəsi endirib
Qubada dəhşətli qətl törədilib.
Lent.az xəbər verir ki, iyulun 28-də saat 16.00 radələrində rayon Polis Şöbəsindən Prokurorluğuna vətəndaş Əliyev Kamran İmran oğlunun yaşadığı Quba şəhəri Səkinəxanım küçəsi 18 saylı evdə 53 yaşlı anası Əliyeva Xumar Əsədulla qızının qətlə yetirilməsi barədə məlumat daxil olub. Qadının çoxsaylı bıçaq zərbəsi ilə öldürüldüyü bildirilib.
Quba rayon prokurorunun köməkçisi Ceyhun Budaqov bildirib ki, Quba şəhər sakini 1956-cı il təvəllüdlü Xumar Əliyeva öz oğlu Kamran Əliyev qətlə yetirib. Qadına 17 bıçaq zərbəsi vurulub.
Faktla bağlı rayon polis şöbəsində şübhəli şəxs qismində mərhumun oğlu 1987-ci il təvəllüdlü Kamran Əliyev Quba rayon Polis şöbəsi tərəfindən saxlanılıb. Quba rayon prokurorluğu tərəfindən dindirmə nəticəsində saxlanılan 22 yaşlı Kamran Əliyev hadisəni törətdiyini etiraf edib. Onun sözlərinə görə, saxlanılan şəxs ruhi xəstədir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.

687