FHN taxta bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Bakının Nərimanov rayonu, Dərnəgül yolundakı topdansatış taxta bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya daxil olan məlumata görə, hadisə barədə saat 00.26-da “112” və “101” xidmətlərinə məlumat daxil olub.
Dərhal 3 saylı çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və 40-a yaxın yanğınsöndürmə texnikası, Mülki Müdafiə qoşunlarının qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. 3000 kvadratmetrlik ərazinin təxminən 1500 kvadratmetr sahəsini əhatə edən yanğının söndürülməsinə güclü külək və ərazidəki su qıtlığı çətinliklər yaradıb. Buna baxmayaraq yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını alıb, saat 06.00-da yanğın məhdudlaşdırılıb və az sonra tamamilə söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.

752