Qusarda polisin 8 yaşlı qızı qardaşını öldürüb
28 iyul 2009 17:00 (UTC +04:00)

Qusarda polisin 8 yaşlı qızı qardaşını öldürüb

Qızcığaz 4 yaşlı qardaşını atasının silahı ilə vurub
Ötən gecə Qusar rayonunun Pirəgir kəndində bədbəxt hadisə baş verib.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, iki azyaşlı uşağın silahla oynaması bir nəfərin ölümünə səbəb olub.
Hadisə Qusar rayon Polis Şöbəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Cəmil Gümüş oğlu Nəsirovun Pirəgil kəndindəki evində baş verib. Belə ki, müvəkkilin 8 yaşlı qızı Təzəgül Nəsirli atasının evdə unutduğu "Makarov" markalı tabel silah ilə oynayan zaman qardaşı, 4 yaşlı Ayxan Nəsirovu vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qusar Prokurorluğunun böyük müstəntiqi Aləmşah Şükürovun verdiyi məlumata görə, hadisəyə ehtiyatsızlıq səbəb olub. Artıq azyaşlının meyiti tibbi ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1561

Oxşar yazılar