Silahlı dəstə üzvləri Pankisi dərəsinə getmək istəyirmişlər
28 iyul 2009 16:30 (UTC +04:00)

Silahlı dəstə üzvləri Pankisi dərəsinə getmək istəyirmişlər

Azərbaycan-Rusiya-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.


Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, müxtəlif ölkə vətəndaşları olan dəstənin üzvləri Azərbaycan ərazisindən tranzit ölkə kimi istifadə etməklə Gürcüstanın Pankisi dərəsinə keçmək niyyətində olublar. Lakin yaraqlılar Balakən rayonunda Rusiya, Azərbaycan və Gürcüstan sərhədi sayılan Qubek dağlarında yerləşən “Üç nöqtə” adlanan ərazidə Azərbaycan sərhədçiləri ilə qarşılaşdıqlarından məqsədlərinə çata bilməyiblər. Yaraqlılarla Azərbaycan sərhədçiləri arasında baş vermiş silahlı insident zamanı öldürülən dəstə üzvünün üzərindən Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Hadisədən bir neçə gün sonra dəstə tutulan üç üzvündən birinin Avstriya, birinin Fransa, digərinin isə Rusiya vətəndaşı olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, dəstənin qalan 4 üzvünün axtarışı davam etdirilir. Bundan başqa, yaraqlıların hansı məqsədlə Gürcüstanın Pankisi dərəsinə keçməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə Gürcüstan dövlət sərhədi yaxınlığında səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq, niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar. Öldürülən yaraqlının üzərindən isə Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib.

Hadisədən bir neçə gün sonra isə qanunsuz silahlı qruplaşmanın üç üzvü həbs edilib. Yaraqlılardan biri sərhədçilər, ikisi isə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi polis əməkdaşları tərəfindən saxlanılan yaraqlıların 1975-ci il təvəllüdlü Suxrab Merzoyev və 1980-ci il təvəllüdlü Xasan Xaldıxaroyev olduğunu açıqlayıb.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10