Azərbaycanlı biznesmen Rusiyada güllələnib
28 iyul 2009 13:30 (UTC +04:00)

Azərbaycanlı biznesmen Rusiyada güllələnib

Gecə saat 02:00 radələrində Leninqrad vilayətinin Tosnensk rayonunun Nikolsk qəsəbəsində azərbaycanlı biznesmen güllələnib.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, biznesmen Şkol universitetində beşinci mərtəbədə yerləşən mənzilini kirayə vermək üçün ora gedibmiş. “BMW” markalı maşında olan biznesmenə naməlum şəxs “Makarov” tipli tapançadan 6 dəfə atəş açıb.
Xəstəxanaya çatdırılan biznesmen hər iki əlindən, sağ çiynindən və sağ ayağından güllə yarası alıb. Azərbaycanlı biznesmenin adı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar