Qadınlar kənddəki bütün kişiləri qovdular
Türkiyədə Bursanın şəhərinin Kesteli rayonunun Kozluören kəndində bu il 508-ci dəfə kənddə idarəetmənin 1 günlük qadınlara keçməsi ilə bağlı mərasim olub.
Lent.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, mərasim kəndin icra nümayəndəsinin həyat yoldaşı Nigahan Uğurun ərindən möhürü təhvil almasıyla başlayıb.
Kənd meydanına yığışan qadınlar səsgücləndirici ilə kişiləri kəndi boşaltmağa çağırıblar. Kişilər kəndin kənarındakı çəmənliyə gediblər.
Qadınlar gün boyu meydanda qurulan yelləncəklərdə yellənib, qəhvəxanalarda domino oynayıblar.
Mərasimə AKP-nin Bursadan seçilmiş xanım millət vəkili Canan Candəmir də qatılıb. Xanım millət vəkili şalvar geyinərək kənd meydanındakı yelləncəkdə yellənib.

767