Kür çayı üzərindəki körpü bərpa olunub
Şirvan zonasından Bakıya və əks istiqamətə gediş-gəliş üçün maneə aradan qaldırılıb
Şirvan şəhəri ərazisində, Kür çayının üzərindən keçən körpüdə təmir-bərpa işləri başa çatdırılıb. Artıq yolötürücüsündə nəqliyyatın hərəkəti də bərpa olunub.
Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənov Lent.az-a bildirib ki, günün birinci körpünün dəmir-beton konstruksiyası köhnəldiyindən yolötürücü qəza vəziyyətinə düşüb. Bu səbəbdən səhər tezdən körpüdə cari təmir işləri aparılıb. Belə ki, bu gün körpüdə 2 beton plitə dəyişdirilib.
Namiq Həsənov deyib ki, son illər həmin körpüdə aparılan bərpa işləri çərçivəsində 12 beton plitə yenisi ilə əvəz edilib. Onun sözlərinə görə, hazırda körpüdə avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.
Elxan SALAHOV

698