Yarım ildə ölkədə 11175 cinayət hadisəsi qeydə alınıb
27 iyul 2009 14:00 (UTC +04:00)

Yarım ildə ölkədə 11175 cinayət hadisəsi qeydə alınıb

Bunların yarısı ağır cinayətdir

2009-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən ölkədəki kriminogen durum nəzarətdə saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə istinadən yaydığı məlumata görə, hesabat dövründə respublikada 11175 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +837 və ya 8,1%), o cümlədən daxili işlər orqanları tərəfindən 10678 (+746; 7,5%) cinayət qeydə alınıb.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4678-i (43,8%) böyük ictimai təhlükə törətməyən, 4835-i (45,3%) az ağır, 1165-i (10,9%) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 3763 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +206 və ya 5,8%) şəxsiyyət əleyhinə, 3026 (+368; 13,8%) iqtisadi sahədə törədilən, onlardan 2938 (+335; 12,9%) mülkiyyət əleyhinə, 3438 (+84; 2,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 451 (+88; 24,2%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-sı oğurluq və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,9%, onlardan qaçaqmalçılıq cinayətlərinin 100%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,1%, seksual xarakterli zorakılıq hərəkətlərinin 95,2%, ekoloji cinayətlərin 95,1%, mənimsəmə və israf etmə cinayətlərinin 95,0%, insan alveri ilə bağlı cinayətlərin 94,3%, narkotik vasitələrlə bağlı cinayətlərin 93,9%, zorlamaların 93,8%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,1%, xuliqanlıqların 92,7%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,1%, dələduzluq cinayətlərinin 89,9%, qəsdən adam öldürmələrin 84,7%, hədə-qorxu ilə tələb etmələrin 80%, adam oğurluqların 72,7%, soyğunçuluq cinayətlərinin 68,8% açılması təmin edilib.

2009-cu ilin yanvar-iyun aylarında cinayətkarlığın dinamikası qəsdən adam öldürmə cinayətlərinin 9,9% (-8; 73-81), quldurluq cinayətlərinin 22,8% (-26; 88-114), insan alveri cinayətlərinin 25,8% (-63; 181-244), adam oğurluğu cinayətlərinin 6,7% (-1; 14-15), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 18,2 % (-4; 18-22), dələduzluq cinayətlərinin 2,1% (-14; 649-663) azalması ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.

Ağır və xüsusilə ağır cinayətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 (+0,8%; 1165-1156), az ağır cinayətlər 318 (+7,0%; 4835-4517), oğurluq 370 (+26,1%; 1790-1420), o cümlədən mənzillərdən 146 (+37,3%; 537-391), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 88 (+5,3%; 1745-1657), o cümlədən satış və ya satış məqsədi ilə 16 (+2,4%; 677-661), soyğunçuluq 28 (+16,9%; 194-166) fakt artıb.


Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 227, o cümlədən 48 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 4,3% (+36; 881-845), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı 4,8% (+339; 7469-7130) artmış, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 12,7% (-30; 206-236) azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40