Türkiyədə ekstremist təşkilatın 200-dən çox üzvü tutulub
24 iyul 2009 19:00 (UTC +04:00)

Türkiyədə ekstremist təşkilatın 200-dən çox üzvü tutulub

Eyni zamanda 23 şəhərdə əməliyyat keçirilib

Türkiyə hüquq-mühafizə orqanları eyni zamanda 23 şəhərdə “Hizbut-təhrir” dini ekstremist təşkilat üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyta nəticəsində təşkilatın üzvü olan 200-dən çox adam tutulub. Əməliyyat bu gün səhər saatlarında başlayıb. Paytaxt Ankarada 20 ünvanda keçirilən tədbirlər nəticəsində 20 nəfər saxlanılıb. Həmin şəxslərdən qadağan olunmuş xeyli ədəbiyyat və digər ləvazimatlar götürülüb. Bundan başqa, digər vilayətlərdə də tutulanlar olub. İndiyədək tutulanların sayının 200-dən çox olduğu, həbslərin davam edəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar