Polis bölməsinə aparılan sürücü oradaca ölüb
Məsələni Ombudsman Aparatının əməkdaşları araşdırıb
Bu günlərdə Ombudsmanın aldığı məlumatda Qasımov Söhbət Musa oğlunun Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında öldüyü bildirilib. Müvəkkilin tapşırığına əsasən, Aparatın əməkdaşları dərhal Binəqədi Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama təcridxanasında (MST) olmuş və adı çəkilən şəxsin, ümumiyyətlə, bu MST-yə gətirilmədiyini və S.Qasımovun saxlanılan şəxslərin qeydiyyatı və uçotu kitabında adının olmadığını müəyyən ediblər. Bu barədə Lent.az-a Aparatın mətbuat xidmətindən bildirilib.
Binəqədi RPİ, Binəqədi Rayon Prokurorluğu və Məlikov adına 6 saylı birləşmiş xəstəxanasında aparılmış araşdırma zamanı məlum olub ki, 1966-cı ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, Bakı şəhərində müvəqqəti yaşayan Qasımov Söhbət Musa oğlu iyulun 17-də saat 12.10 radələrində Binəqədi rayonu ərazisində idarə etdiyi avtomaşınla yolda tıxac yaradaraq, sürücülərin narazılığına səbəb olub, buna görə ondan avtomobilə aid sənədləri tələb edən Yol-Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün həmin yerə əlavə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilərək onun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 4-cü polis bölməsinin həyətinə gətiriblər.
S.Qasımov polis bölməsinin inzibati binasına daxil olmadan bölmənin həyətində özünü pis hiss edib. Polis əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım çağırılaraq o, 6 saylı birləşmiş xəstəxanaya aparılıb, reanimasiya şöbəsində yerləşdirilib və orada vəfat edib.
Xəstəxanada S.Qasımovu qəbul edən reanimasiya şöbəsinin müdiri ilə söhbət zamanı o, xəstənin ağır infarkt əlamətləri ilə qəbul olunduğunu, ilkin tibbi yardım göstərilsə də, xəstəni xilas etməyin mümkün olmadığını və onun vəfat etdiyini bildirib.
Binəqədi rayon prokuroru mərhumun meyitinin yarılmasında şəxsən iştirak etdiyini, onun bədənində hər hansı xəsarət olmadığını, ölümə səbəb isə kəskin ürək çatışmazlığı olduğunu bildirib.
Mərhumun meyiti ailəsinə təhvil verilib.
Pərvin ABBASOV

839