Qubada qızı öz nişan günü maşın vurub
Hadisəni törədən şəxsin də bir həftə sonra toyu olacaqmış
Quba sakinini nişanı günü avtomobillə vurub qaçan şəxs yaxalanıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə iyul ayının 19-da, rayonun Vaqif küçəsində baş verib. Belə ki, Quba rayon sakini, hazırda Bakıda yaşayan 23 yaşlı Elşən Fəxrəddin oğlu Mirzəyev idarə etdiyi "VAZ 21099" markalı maşınla həmyerlisi 18 yaşlı Zərdabi kənd sakini Ülviyyə Adil qızı İbrahimovanı vurub və hadisə yerindən qaçıb. 18 yaşlı qız qohumlarının yardımı ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Quba rayon Polis Bölməsinin müstəntiqi Rövşən Turabovun verdiyi məlumata görə, hadisəni törədən şəxsin tapılmasına hadisə yerində olan maşın hissələri kömək edib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, hadisə baş verən gün zərərçəkmiş Ülviyyə İbrahimovanın əmisi qızının toyu, özünün isə nişanı olub. Hadisə mərasimdən sonra onun zibilləri atmaq üçün yola çıxdığı vaxt baş verib. Hadisəni törədən Elşən Mirzəyevin isə avqust ayının 2-də toyu olmalı idi.
Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Ü.İbrahimova hələ də koma vəziyyətindədir. Kəllə-beyin travmaları alan qızın vəziyyəti ağırdır.

1045