Goreşən məzar soyarkən öldü
24 iyul 2009 14:00 (UTC +04:00)

Goreşən məzar soyarkən öldü

Bəxtsiz soyğunçu iş başında əcələ yaxalandı
Fransanın Dordogne bölgəsindəki Veleuil qəsəbəsinin məzarlığında qiymətli qəbir daşlarını və dini əşyaları çırpışdırmağa gələn soyğunçuya əcəl mane olub.
Lent.az-ın məlumatına görə, Veleuil qəsəbəsinin bələdiyyə sədri Paskal Mazouard soyğunçunun məzarı soyarkən infarkt keçirdiyini bildirib.

Bir kənd sakini soyğunçunun cəsədini qazdığı məzarda görüb. Polis isə onun yaxınlıqdakı avtomobilində məzarlıqdan oğurlanmış bir neçə əşya tapıb.

Bələdiyyə sədri goreşənin həmin gecə müşahidə olunan güclü isti səbəbindən infarkt keçirdiyini güman edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar