Balakəndə silahlı dəstənin tutulan üzvlərindən 2-nin kimliyi müəyyənləşdi
Rusiyadan Azərbaycana qanunsuz keçən dəstə üzvlərindən silah-sursat götürülüb
Azərbaycan-Rusiya sərhədini bir neçə gün əvvəl qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin üzvü olduğu ehtimal edilən 3 nəfərdən iksinin kimliyi bəlli olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan şəxslər 1975-ci il təvəllüdlü Suxrab Merzoyev və 1980-ci il təvəllüdlü Xasan Xaldıxaroyevdir. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində adıçəkilən şəxslərin gizlətdiyi silah-sursat da aşkarlanaraq götürülüb.
Xatırladaq ki, 3 nəfər yaraqlıdan biri isə sərhədçilər tərəfindən Qubek dağlarında axtarış-əməliyyat tədbirləri zamanı saxlanılıb.
Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.
Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq, niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar. Öldürülən yaraqlının üzərindən isə Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib. Əməliyyatçılar tapılmış sənədin saxta olub-olmadığını araşdırır.
Baş vermiş hadisə barəsində Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

426