Daha bir erməni hərbçi Azərbaycan sərhədini keçib
16 iyul 2009 13:31 (UTC +04:00)

Daha bir erməni hərbçi Azərbaycan sərhədini keçib

Azərbaycan ərazisinə keçən Ermənistan Ordusunun əsgəri tutulub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə iyulun 15-də Gədəbəy rayonunun Ermənistanla sərhədində baş verib. Sərhədə yaxın ərazidə qoyun otaran çoban naməlum hərbçi ilə rastlaşıb. Onun hərəkətlərindən şübhələnən çoban hərbçiyə yaxınlaşdıqda onun erməni olduğunu görüb. Çoban erməni hərbçini zərərsizləşdirirək, Azərbaycan hərbçilərinə təhvil verilib. Erməni hərbçinin Azərbaycan sərhədini hansı məqsədlə keçdiyi hələlik məlum deyil.

Məsələyə rəsmi münasibət öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar