Qaradağda kişi öz evində arvadını və qohumunu yandırdı
16 iyul 2009 12:00 (UTC +04:00)

Qaradağda kişi öz evində arvadını və qohumunu yandırdı

İyulun 14-də saat 23.30 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yaşayan Biləsuvar rayon sakini Müzəffər Əmənov ailə münaqişəsi zəminində evini qəsdən yandırıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, M.Əmənovun arvadı Samirə Gözəlova və qonaqları Almagül Gözəlova isə yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar