Ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə od vurublar
15 iyul 2009 16:00 (UTC +04:00)

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə od vurublar

Düşmən bölmələri Ağdamın Kəngərli və Göytəpə kəndlərini yandırıb

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Kəngərli və Göytəpə kəndlərinə od vurub.

Bu barədə APA-nın Qarabağ bürosu məlumat yayıb. Məlumatda bildirilir ki, alov geniş bir ərazini əhatə edir və təmas xəttinin qarşı tərəfindən müşahidə olunur.
Qeyd edək ki, yanğın davam etdiyi vaxt ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ərazidə monitorinq keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar