Helikopter qəzasında itkin düşənlərdən birinin meyiti tapıldı
14 iyul 2009 17:00 (UTC +04:00)

Helikopter qəzasında itkin düşənlərdən birinin meyiti tapıldı

Məhərrəm Səfərli: “Vertolyotun içərisində bir meyitin olduğu görünür”

İyulun 12-də Xəzər dənizinə düşən vertolyotun qalıqlarının sudan çıxarılması üçün texniki hazırlıq işləri gedir. Bu barədə Lent.az-a “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. O, vertolyotun içərisində bir meyitin müşahidə olunduğunu deyib. Lakin mərhumun Viktor Maskalenko, yaxud Rafiq Nehmətov olduğu bilinmir. Digər meyitin axtarışları davam etdirilir.

Xatırladaq ki, iyulun 12-si 16.30 radələrində ARDNŞ-nin əməkdaşlarını daşıyan “AZAL” hava yollarına məxsus Mİ-8 helikopteri Xəzərin Azərbaycan sektorunda qəzaya uğrayıb. Qəza helikopter “28 May” NQÇİ-nin Çilov adası ərazisindəki 13-cü bloka uçmaq üçün 4-cü blokdan havaya qalxarkən baş verib. Qəza zamanı helikopterin bortunda 3 ekipaj üzvü - komandir Əliyev Alik, ikinci bort mühəndisi Nekrasov Vitalik, bort mexaniki Əzimov Aqil, həmçinin 28 May NQÇİ-nin kompressor sexinin dizelçisi Talıbov Aydın, SOCAR-AQŞ-nin “Korvet” firmasından cəlb etdiyi kran üzrə mütəxəssis Maskalenko Viktor və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı Nehmətov Rafiq olub.

ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının yaxınlıqdakı gəmiləri dərhal hadisə yerinə gələrək xilasetmə işlərinə başlayıblar. Tezliklə helikopterin ekipaj üzvləri A. Əliyev, V. Nekrasov A. Əzimov və 28 may NQÇİ-nin kompressor sexinin dizelçisi A. Talıbov Neft Donanmasının “Məcik” gəmisinin əməkdaşları tərəfindən xilas ediliblər. Xilas edilənlər təcili şəkildə “AZAL”-ın Zabratdakı vertolyot meydançasına çatdırılıb, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasının təcili səfərbər olunmuş həkimlərinin nəzarəti altında həmin xəstəxanaya gətiriliblər. Təxminən yarım saat sürən həkim müayinəsindən sonra onların ikisi evə buraxılıb, digər iki nəfəri isə müayinə olunmaq məqsədi ilə xəstəxanada saxlanılıb. Onların vəziyyəti qənaətbəxşdir.

SOCAR-AQŞ-nin krançısı V. Maskalenko və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı R. Nehmətovun axtarışı davam etdirilir. Xilasetmə əməliyyatlarına ARDNŞ-nin, Fövqəladə Hallar Nazirliyinin və AZAL-ın vertolyotları, gəmiləri və dalğıc heyəti cəlb edilib.
Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi faktla bağlı cinayət işi başlayıb. İstintaq aparılır.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21