DİN və Baş Prokurorluqdan səfirliklərə xəbərdarlıq
Ayrı-ayrı səfirliklər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı istintaqın gedişatına müdaxilələrə son qoysunlar
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Millinin (Abdullayev) həbsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları Adnan Hacızadə və Emin Abdullayevin cari il iyulun 8-də ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə saxlanılmaları və barələrində məhkəmə tərəfindən iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı yayılıb.
“Məsələyə rəsmi dövlət orqanları tərəfindən ikinci dəfə reaksiya verilməsinin səbəbi son günlər müxtəlif mətbu orqanlarında təqsirləndirilən şəxslərin və onların yaxınlarının verdikləri həqiqətdən uzaq məlumatların yayılması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması barədə fikrin formalaşdırılmasına və hadisənin siyasiləşdirilməsinə edilən cəhdlərdir”, - deyə məlumatda bildirilir.
Polis və prokurorluğun məlumatında saxlanılanların ilk andan vəkillə təmin edilmələri və müvafiq cinayət işinin istintaqının nəzarətdə saxlanılmasının vurğulanmasına baxmayaraq, A. Hacızadə və E. Abdullayevin naməlum şəxslər tərəfindən döyülməsi, hücum edənlərin sərbəst buraxıldıqları halda onların həbs olunması, vəkilləri ilə əlaqə saxlamağa və lazımi tibbi yardım almağa imkan yaradılmaması, bu haqda bəzi beynəlxalq təşkilatlar və ölkədəki səfirliklər tərəfindən Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri və hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırılması vurğulanaraq tutulmuş şəxslərin hüquqlarına hörmətlə yanaşılması xahiş edilir:
“Hadisənin təfərrüatları ilə bağlı bir daha bildiririk ki, 2009-cu il iyulun 8-də, təxminən saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər «Lebonese» restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər. Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçıb, lakin üç nəfəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib. Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunub. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilib, Vüsal Məmmədov isə kəllə-beyin silkələnməsi diaqnozu ilə stasionar müalicəyə yerləşdirilib”.
Məlumatda qeyd olunur ki, fakt üzrə Səbail rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) cinayət işi başlanıb. Adnan Hacızadə və Emin Abdullayev şübhəli şəxs qismində saxlanılıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulduqlarından vəkil V Məmmədovun cinayət prosesində iştirakına xitam verilib.
Toplanmış sübutlara əsasən, 2009-cu il iyulun 10-da, müdafiəçilərinin iştirakı ilə, A. Hacızadə və E. Abdullayev ittihamın mahiyyəti üzrə dindirilib, Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri onlara izah olunmaqla bu barədə protokol tərtib edilib.
Hadisənin şahidləri müəyyən edilərək dindirilib. Onlar Vüsal Məmmədov və Babək Hüseynovun qonşu masada əyləşən şəxslər tərəfindən döyüldüklərini təsdiq ediblər.
Zərərçəkmiş və təqsirləndirilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsinin və yaranma mexanizminin aydınlaşdırılması üçün iyulun 9-da müvafiq qərarla Vüsal Məmmədov, Babək Hüseynov, Adnan Hacızadə və Emin Abdullayevin barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib.
Təqsirləndirilən şəxslərlə birlikdə hadisə yerində olmuş Ülvi Həsənli, Nurəddin Babayev, Pərviz və Bəhram adlı şəxslərin müəyyən olunaraq dindirilməsi, tərəflərin göstərdiyi xüsusatlar yoxlanılmaqla cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması yönümündə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İşin faktiki hallarını, eləcə də vətəndaş Vüsal Məmmədov və Babək Hüseynova qərəzli xuliqanlıq zəminində xəsarət yetirildiyini nəzərə alan Səbail Rayon Məhkəməsi tərəfindən iyulun 10-da Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Cinayət işi üzrə əsl həqiqətləri təkrarən diqqətə çatdırmaqla bərabər, onu da qeyd etməyi vacib sayırıq ki, istintaqın gedişində bu hadisə ilə bağlı digər şəxslərin əməllərində hüquq pozuntusunun əlamətləri müəyyən edildiyi təqdirdə, onların da hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcək. Adi xuliqanlıq hadisəsi ilə əlaqədar aparılan cinayət işinin istintaqına əvvəlcədən şübhə ilə yanaşmaq, onun obyektivliyinə kölgə salan bəyanatlarla çıxış etmək hallarına qəti etiraz bildiririk. Belə mövqeni Azərbaycanda demokratiyanın inkişafında, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında dövlətin deyil, yalnız xarici ölkələrin və beynəlxalq təşkilatların maraqlı olmaları barədə cəmiyyətdə yanlış fikir formalaşdırılmasına yönəlmiş uğursuz cəhdlər və istintaqa təzyiq kimi qiymətləndiririk. Ayrı-ayrı xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin öz diplomatik missiyalarından irəli gələn vəzifələrdən kənar - qəbul edən ölkənin daxili işlərinə qarışmasını isə təəssüf doğuran hal kimi nəzərə çatdıraraq onları istintaqın gedişatına edilən müdaxilələrə son qoymağa çağırırıq”.

808