Dəvəçidə yaşayış evinə silahlı basqın
14 iyul 2009 14:00 (UTC +04:00)

Dəvəçidə yaşayış evinə silahlı basqın

Rayon sakininin evinə basqın edən şəxs ev sahibini yaralayıb


Azərbaycanın Dəvəçi rayonunda yaşayış evinə silahlı basqın olub. Bu barədə APA-ya Dəvəçi rayon Polis Şöbəsindən məlumat verilib.


Məlumata görə, hadisə bu gecə saat 01.00 radələrində rayonun Sincanbulaq kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü İlqar Məmmədovun yaşadığı evə basqın edən naməlum şəxs ona ov tüfəngi ilə atəş açaraq hadisə yerindən qaçıb. İ.Məmmədov güllə yarası alıb. O, ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, İ.Məmmədovun vəziyyəti ağırdır.


Dəvəçi rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin üstü açılıb. İ. Məmmədovun evinə silahlı basqın edərək onu güllələyən şəxsin 1980-ci il təvəllüdlü Zöhrab Ağasıyev olduğu müəyyən edilərək tutulub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.


Faktla bağlı Dəvəçi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar