MTN terror xəbərdarlığına münasibət bildirdi
APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bununla bağlı Azərbaycandakı ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb: “Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edir. Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə ictimai yerlərdə sayıq olmalı, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməlidir”.
Analoji xəbərdarlıqla Böyük Britaniya Xarici İşlər Nazirliyi də çıxış edib. Britaniya XİN öz Azərbaycandakı vətəndaşlarını sayıqlıq nümayiş etdirməyə çağırıb.
ABŞ səfirliyinin mətbuat katibi Kit Bin APA-ya açıqlamasında ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq olduğunu deyib, lakin əlavə şərh verməyib: “Lakin biz təhlükənin xarakteri və məlumatın mənbəyi barədə şərh verə bilmərik”.
ABŞ və Böyük Britaniyanın Azərbaycanda mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlığına münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir: “Bu proses daimidir. Ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur”.

540