Yeni evlənən gənc faciəli şəkildə öldü
28 yanvar 2011 18:18 (UTC +04:00)

Yeni evlənən gənc faciəli şəkildə öldü

Yanvarın 27-dən 28-nə keçən gecə Kürdəmirdə bədbəxt hadisə baş verib.


Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmir şəhər sakini 1986-cı il təvəllüdlü Abıyev Rəfael Ərəstun oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb. Verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çöhranlı kəndi yaxınlığındakı “Ceyran Koperativi”nin ərazisində qeydə alınıb. Belə ki, R.Abıyev həmin ərazinin yaxınlığında yerləşən və qayınatasına aid olan fermaya gedib. Gecə saatlarında fermanın işığı qəfildən kəsilib. Bunu görən 25 yaşlı oğlan yaxınlıqdakı transformatorun yanına gedib və elektrik verilişini bərpa etməyə çalışıb.

Bədbəxt hadisə də elə bu zaman baş verib.

Qeyd edək ki, R.Abıyev yeni ailə həyatı qurubmuş.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar