Gəncədə tikilməkdə olan əyləncə mərkəzində yanğın olub
17 iyun 2009 19:30 (UTC +04:00)

Gəncədə tikilməkdə olan əyləncə mərkəzində yanğın olub

Yanğın fəhlələrin otağında baş verib

Bu gün Gəncədə tikilməkdə olan əyləncə-ticarət mərkəzində yanğın baş verib. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, yanğın fəhlələr üçün ayrılan otaqda başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 50 kv metr olan otağın 40 kv metrii yararsız hala düşüb.

İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində qısa qapanma səbəb olub. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar