Goranboy Rayon Təhsil Şöbəsi müdirinin həbsinin bəzi təfərrüatları
Müdirlə yanaşı, iki kəndin məktəb direktoru da saxlanılıb
Goranboy Rayon Təhsil Şöbəsinin (RTŞ) müdirinin həbsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Rayondakı mənbələrdən APA-ya daxil olan məlumata görə, RTŞ-nin müdiri Elmar Əliyevin iş otağında axtarış aparan əməliyyatçılar seyfdən 2 milyon manat və hazır attestatlar aşkar edərək götürüblər. Məlumatda E. Əliyevin Respublika Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edildiyi bildirilir. E. Əliyevlə yanaşı, rayonun Ağamalıoğlu və Səfikürd kənd orta məktəblərinin direktorlarının da istintaqa cəlb edildiyi bildirilir.
Goranboy rayon Prokurorluğundan APA-ya E. Əliyevin və onunla birgə daha iki məktəb direktorunun saxlanılması faktını təsdiqləsələr də, direktorların adı açıqlanmayıb. Rayon Prokurorluğundan sözügedən məsələ ilə bağlı araşdırmaların Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparıldığı əsas gətirilərək, ətraflı məlumat verilməyib.
Goranboy rayonundan millət vəkili seçilmiş Gültəkin Hacıbəyli isə APA-ya açıqlamasında RTŞ-nin müdiri E. Əliyevin bu vəzifədə 2002-ci ildən çalışdığını, onunla heç vaxt parlament seçkilərində rəqib olmadığını bildirib.
Qeyd edək ki, bəzi mətbuat orqanları E. Əliyevin məhz G. Hacıbəylinin təkidi ilə həbs olunduğu yazıb. Onlar bunu E. Əliyevin 2005-ci ilin parlament seçkilərində G. Hacıbəylinin əsas rəqibi olması ilə əsaslandırıblar.

965