Masallı və Cəlilabadda 115 hektar taxıl zəmisi külə döndü
İyunun 15-də Masallı və Cəlilabad rayonlarında fərdi torpaq mülkiyyətçilərinə məxsus taxıl zəmilərində yanğın baş verib.
Bu barədə APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı və Cəlilabaddakı Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) məlumat verilib.
Məlumata görə, Masallı rayonunun Xırmandalı kəndi ilə Çaxırlı kəndi arasındakı 50 hektarlıq taxıl zəmisində saat 11.15 radələrində baş verən yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın cəlb olunub və onların köməyi ilə yanğının qarşısı alınıb. Bununla belə, 15 hektar taxıl zəmisi və daha 5 hektar biçilmiş sahə yanaraq sıradan çıxıb.
Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində isə 200 hektardan artıq taxıl zəmisində saat 15.30 radələrində qeydə alınan yanğının söndürülməsi üçün 4 yanğınsöndürən maşın göndərilib. Bir neçə saatlıq mübarizədən sonra güclü alovun qarşısı alınsa da, 100 hektardan çox taxıl zəmisi yanaraq məhv olub.
Masallıdakı yanğının taxılbiçən kombayndan düşən qığılcımdan, Cəlilabaddakı hadisənin isə sahənin üzərindən keçən elektrik xəttinin qırılmasından baş verdiyi bildirilir.
Qeyd edək ki, Masallıda iyunun 11-də də analoji hadisə baş verib. Yanğın nəticəsində rayonun Qızılağac kəndində fərdi torpaq mülkiyyətçilərinə məxsus 100 hektarlıq taxıl sahəsinin 10 hektarı yanaraq külə dönüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

911