Azərbaycanda terror və partlayış hazırlayan dəstənin məhkəməsi başlayıb
Mühkaimə olunanlar Qəbələ RLS-i və bəzi səfirlikləri partlatmağa hazırlıq görürmüşlər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Al-Qaida”, “Hizbullah” təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) xüsusi idarəsi ilə əməkdaşlıq edərək, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə təqsirləndirilən Livan və Azərbaycan vətəndaşlarından ibarət dəstənin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, qapalı keçirilən iclasa hakim İlqar Murquzov sədrlik edib. Prosesə dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların vəkillərindən başqa heç kim buraxılmayıb. Məhkəmədə vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. Vəsatətlərə baxılması üçün məhkəmə fasilə elan edib. Proses günün ikinci yarısında davam etdiriləcək.
İttihama görə, Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Al-Qaida” terror təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Terror təşkilatı həmin şəxslərə Azərbaycanda bir sıra terror aktları həyata keçirmək tapşırığı verib. Onlar təlimata uyğun olaraq Azərbaycanın Quba və Qusar rayonlarında vətəndaşlar arasında təbliğat aparıblar. Livan vətəndaşları Cavad Məmmədovu, Vidadi Rəsulovu, Müşfiq Amanovu, Əfqan Balaşovu öz sıralarına cəlb edə biliblər. Kərəki Əli Məhəmməd Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi təklif edib. Dəstə üzvləri razılığa gələndən sonra bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.
Dəstə üzvləri ABŞ, İsrail və digər Qərb dövlətlərinin siyasətinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə, yəni “cihad” etmək qərarına da gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrail səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə plan hazırlayıblar. Bu məqsədlə Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin və İsrail səfirliyinin binası ilə üzbəüz binada mənzil kirayələyiblər. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılıb.
Qeyd edək ki, Livan vətəndaşları – Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları - Məmmədov Cavad Məmmədrəsul oğlu, Rəsulov Vidadi Rahil oğlu, Amanov Müşfiq Əyyub oğlu, Balaşov Əfqan Yunus oğlu Cinayət Məcəlləsinin casusluq, dövlətə xəyanət, qanunsuz silah gəzdirmə və digər maddələrlə təqsirləndirilirlər.

Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01